Məni
Deməsin dəlidi huşsuz görəndə,Yersiz qınamasın baxanlar məni.Qalarmı başımda ağlım, kamalım,Azdımı yandırıb-yaxanlar məni.
Aşiqin istəyi, gözəlin nazı,Gətirər hər ömrə baharı, yazı.Bilər nə deməkdir aşığın sazı,Duyar selə dönüb axanlar məni.
Ruhlar cərgəsində çəkər sanımı,El deyər itirdim Zəlimxanımı.Xalları, gülləri alıb canımı,Ya saz öldürəcək, ya Xanlar məni!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Yüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər
Uşaqları məktəbə şövqləndirməkUşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər
Qırxıncı qapıyam sirrim bilinməzQırxıncı qapıyam sirrim bilinməz,Bir sir ki, nə ahşam, nə sabah bilər.