Dağdan enib gələn oğlan
Eşqin sulardan durudu,Nurun peyğəmbər nurudu,Qürurun dağ qürurudu,Dağdan enib gələn oğlan.
Unudulub ağrın, acın,Sal qayalar taxtın, tacın.Daş qardaşın, çiçək bacın,Dağdan enib gələn oğlan.
Həmi zilsən, həmi pəssən,Coşan nəğmə, daşan səssən.Dağlar qədər yenilməzsən,Dağdan enib gələn oğlan.
Qartal qıylı, tərlan səsli,Yer havalı, yurd nəfəsli,Təbiətin bahar fəsli,Dağdan enib gələn oğlan.
Dolçası lilpardan olan,Ağ papağı qardan olan,Söz-söhbəti yardan olanDağdan enib gələn oğlan.
Sür ömrünü bu torpaqla,Yüzü aşır, mini haqla.Ucalığı uca saxla,Dağdan enib gələn oğlan.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dagdan-enib-gelen-oglan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
filosof*Platon dedi ki, fanidi dünya,
AğrıQatarı yola salmaq,Səkidə təkcə qalmaq,
Mürəbbə: Başına döndüyüm, ey şahi-xubanBaşına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.