Göz nurlanır, qəlb açılır, üz gülür,Belə yerdə üzüm gülməz olurmu?Gəlməsəydin, həsrətindən ölərdim,Həsrət varsa, insan ölməz olurmu?

Ozan oldum, boylarını boyladım,Yeri-göyü ziyarətə hayladım.Sevincimi insanlara payladım,Sevgisini insan bölməz olurmu?

Qurban olum səni sayan dünyaya,İşığını ərzə yayan dünyaya.Bir də gəlləm sən yaşayan dünyaya,Sən varsansa, gedər-gəlməz olurmu?

2005, martHacı Bəktaş dərgahında,Türkiyə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation