Gər vəsli-yar olmaz, mən neylirəm baharı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Gər vəsli-yar olmaz, mən neylirəm baharı,Yüz min bahar olsa olmaz könül qərarı.
Gülzarə gül gəlincə tək bəzmə yar gəlsin,Hərçənd yoxdu yarın bir gülcə etibarı.
Sünbül xəcalətindən başın aşağə salmış,Yarımda gördü yoxsa, ol zülfi-müşkbarı.
Udi-Qumarə bənzər, yarın şəmimi-zülfü,Bir tarı bəst edibdir yüz nafeyi-tatarı.
Ey dil, əlim üzüldü ol zülfi-tardən kim,Tari nəsib qılsın bir də görüm o tarı.
Bir sərv həsrətindən hər su rəvandır əşkim,Bir cuyə etmə nisbət bu çeşmi-əşkbarı.
Gül-gül olub sirişkim, gülzar olub kənarım,Mən neyləyim baharı, ya bağü laləzarı?
Dəfn eyləyin bu nəşim yollar kənarı üzrə,Şayəd ki, qəbrim üstə yarın düşə güzarı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Saqi, əlin fədası, dur bir əyağ doldur –Kim, Seyyidin bu şəbdən başında var xumarı.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ger-vesli-yar-olmaz-men-neylirem-bahari
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün bir padşah bir şairdən rəncidə olub, qətlinə hökm elədi.Buyurdu ki, cəllad gəlsin!
Tülkü və çaqqalRubah bir şəğal ilə bir biyabanda gedirdilər Qəzadan ittifaq bunlarınyolları qurdların qəbristanına düşdü.
Avropalı və tamahkarFirəngistanın əyanlarından bir mütəməvvil olan şəxs bir qitə dilgüşaolan bağ saldırmışdı. Haman busitansəranın tağında yazdırmışdı ki, bu
İskəndər ibn Filippin hekayəsiBir gün İskəndər ibn Filipp ki, padşahi-Rum idi, ətrafında məcməolan əşxasa dedi ki, mən ömrümdə heç bir saili feyzi-nəvalımdan