İntizarım həddən ötdü, gülüzarım gəlmədi,Sünbülüm, sərvim, gülüm, bağım, baharım gəlmədi.

İntizar ilə gözüm yollarda qaldı, ey xuda,Ol gözüm nuri, üzü xurşidvarım gəlmədi.

Rişteyi-ömrüm yanar suz ilə nari-firqətə,Ey könül, od tut ki, şəmi-şami-tarım gəlmədi.

Eylədin axır məni, ey çərx, Yusifdən cüda,Misri-könlüm təxtinə ol tacidarım gəlmədi.

Guy tək qaldı bu meydan içrə sərgərdan başım,Əldə çovkən, ərsəyə ol şəhsüvarım, gəlmədi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Vermədi badi-səba müjdə qübari-məqdəmin,Seyyida, dərmani-çeşmi-əşkbarım gəlmədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation