Ulduz gecələrin ümidgahıdı,Günəş gündüzlərin güman yeridi.Ağappaq zirvələr bulud oylağı,Qaranlıq dərələr duman yeridi.

Dindikcə kamanlar, ötdükcə neylər,Eşqini yer mənə, göy mənə söylər.Bu qara torpaqlar, bu mavi göylər,Dilimin and yeri, aman yeridi.

Axsın varaqlara söz sətir-sətir,Ömrümə tükənməz bir sərvət gəlir.Ey ilham pərisi, özünü yetir,Gəlməsən, şairin yaman yeridi.

2005, fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets