Çox danışan bilib danlama məni,Səninlə söhbətim vardı, ay gözəl.İzin ver hüsnünü tərif eyləyim,Sinən dağlardakı qardı, ay gözəl.

Dili gətirənsən ləzzətə, tama,Kimə qismət olsan, o çatar kama.Əndamın pambıqdı, qoynun şamama,Ağ məmələr dəymiş nardı, ay gözəl.

Qoynunda ətri var mixəyin, hilin,Qaymaqdı dodağın, şəkərdi dilin.Qədirbilən ola barı sevgilin,Görməyəm ki, yerin dardı, ay gözəl.

1968, 8 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets