Aysu bala
Qız balamın çiçək kimiqız balası,Yağım-balım, qəndim-çayım,Aysu bala!Körpələrin cərgəsindədördüncüsən,Nəvələrdən dörddü sayım,Aysu bala!Nəvə kimi şirin nə varbu dünyada,Atam-anam, əmim-dayım,Aysu bala!Çiçəklənən arzularıntər qönçəsi,Bar gətirən yazım-yayım,Aysu bala!Aysu – Günay – iki Ay varbir ocaqda,İlahidən gələn payım,Aysu bala!Yer üzünə gələn gününmübarəkdir,Ad günündür ən xoş ayım,Aysu bala!Yerim-göyüm, məhəbbətimsənə qurban,Yerdə suyum, göydə Ayım,Aysu bala!
2007, 21 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-aysu-bala
Use ← → keys to move, R for a random poem
More by this author
Əlində bir dəstə gül, dağdan düzə enəndə,Gözəlin dodağında bayatı mən olaydım.
SazYuxuda gördüm dinir sinəmdə sədəfli saz,Coşub nəğmə deyirəm, könlüm edibdi pərvaz.
OlurHəyat qəribədir, budağın üstəHəm qızılgül olur, həm tikan olur.
GözlərOdur ulduzum da, odur ayım da,Torpağam, mənimdi səmavi gözlər.
Poems by other poets
Dəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Dodaqların FüzulininDodaqların Füzulininiki şirin misrasıdı.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Öldürəcək bu qəm məniAla gözlü, telli ceyran,Öldürəcək bu qəm məni.