Hara gedirəm gedim,harda oluram olum,Gəlib sizdə birləşirizim, cığırım, yolum.Keçmişim, gələcəyim,Bəyim, xaqanım, xanım, –Yusifim, Zəlimxanım!

Dilimdə bayatıdı,dodağımda oxşama,Mən sizdən oxuyuramhey səhərdən axşama.Qana damardan yaxınyer üzündə heç nə yox,Damarda axan qanım, –Yusifim, Zəlimxanım!

Layladan həzin səsim,Baldan şirin həyatım,Məndən sonra dünyadadavam edən həyatım.Ruhumun genişliyi,Qəlbim, ciyərim, qanım, –Yusifim, Zəlimxanım!

Biri atamın adı,biri də öz adımdı,Sabaha uçmaq üçünqolumdu, qanadımdı.Açılan xoş sabahım,sökülən qızıl danım,Yusifim, Zəlimxanım!2008, 18 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets