Bazar yolu
Bir məzar yoludu bu bazar yolu,Yoxsullar bu yolla ölümə gedir.Cibi boş, ürəyi dərd ilə dolu,Alverə getmir ki, zülümə gedir.
İnsandı, onun da nəfsi, tamahı,İnsandı, onun da iştahası var.Yerdə arxası yox, göydə pənahı,Elə yeriyir ki, sanki, yası var.
Evinə qayıdır əl boş, üz qara,Nisgildən, ağrıdan, azardan gəlir.Könül tikə-tikə, can para-para,Xortdamış ölüdü, məzardan gəlir.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bazar-yolu
Use ← → keys to move, R for a random poem
More by this author
Beş-on günlük qonağıyam bu dünyanın,Dərə qalar, təpə qalar, mən gedərəm.
Şairi qoysalar şair olmağaŞairi qoysalar şair olmağa,Çeşməyə çevrilib axar doyunca,
Dünya öz işindədirKim söyülür söyülsün,Kim döyülür döyülsün.
GedirVaxt deyilən axar sudu, dayanmağı, durmağı yox,Düşür axşam, gəlir gecə, sökülür dan, keçib-gedir.
Poems by other poets · Death
Gəldim dünyaya sevgi günü,gəldim gücləndirdim sevgini,
YoxduQürbət eldə düşdüm xəstə,Yerim silkib salam yoxdu.
Müxəmməs: Qorxum bu ki canım çıxa qəmxar gəlincəQorxum bu ki canım çıxa qəmxar gəlincəCan ayrıla təndən gül və bixar gəlincə
Nə aləm indiEşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.