Mən gedərəm
Beş-on günlük qonağıyam bu dünyanın,Dərə qalar, təpə qalar, mən gedərəm.Nəsil-nəsil dəniz çalar laylasını,Dalğa qalar, ləpə qalar, mən gedərəm.Çox baxmışam dalğaların vuruşuna,Boylanmışam zirvələrin duruşuna.Zirvə qalar, qaya qalar, mən gedərəm.Dünya boyda dünya qalar, mən gedərəm,Gen ətəkli dağlar qalar, mən gedərəm.
Min il əvvəl durduğutək durur qaya,Bu əbədi sağlar qalar, mən gedərəm.Mən getsəm də, sən qalarsan, adım mənim,Sən qalarsan eşqim mənim, odum mənim.Sözüm qalır körpələrin dodağında,Səsim qalır qayaların qulağında,Arzularım, diləklərim çiçək-çiçək,Mən getsəm də, torpaq anam min yaşasın,Sabah məni çəmən kimi göyərdəcək!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-men-gederem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Başladı novbahar, çəmən seyrinə,Çıxıbdı gözəllər, ay yaz ayları.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Yuxuma gəlmişdin... Yuxuma gəlmişdin sən həzin-həzin,İşvəli, qəmzəli, nazlı nazənin.