Ürək məni sizin evə gətirən zaman,Payız fəsli, xoş havalı bir axşam idi.Hardan desək toy sözünün üstə gəlirdik,El-obatək könlümüzdə toy-bayram idi.

Saat gəlib neçə olub, neçə bilmədik,Bircə sözdən həyəcansız keçə bilmədik.Necə gəldi, necə getdi gecə, bilmədik,Bizi belə alışdıran arzu-kam idi.

Təbiət də lap olmuşdu şair xəyallı,Oxşayırdı könlümüzü yaşıllı, allı.Eşq o anda süzülürdü şəkərli, ballı,İçən oğul istəyirdi, dolu cam idi.

Unutmaram o gecəni, o əziz anı,Ulduz kimi arzuların yox idi sanı.Hər üçümüz bir istəyə vermişdik canı,Danışan mən, alışan sən, yanan şam idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets