Unut mənim kimi unudulmazı,Dağlara baxanda xatırlayarsan.Məni bu intizar, səni bu həsrət,Yandırıb-yaxanda xatırlayarsan.

Taparsan təzədən itən ömrümü,Səninlə böldüyüm o tən ömrümü.Keçən günlərimi, ötən ömrümü,Buludlar axanda xatırlayarsan.

Yağdır başım üstə, yağdır arını,Poz mənim ömrümün naxışlarını.Şairin qəzəbli baxışlarını,Şimşəklər çaxanda xatırlayarsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation