Hansı toydan gəlirsən,Ay toyum, ay bayramım.O ağlı, qırmızılıOvcundadır ilhamım.Ya qəlbimin qanıdır,Əlindəki, ya xına,Yaxınlardan yaxınım,Yaxına gəl, yaxına.

Sən mənim həyatıma,Nə yadsan, nə gəlməsən.Dodağımda şirin söz,Dilimdə xoş kəlməsən.Hey baxmaq istəyirəm,O boya, o buxuna,Elə uzaq dayanma,Yaxına gəl, yaxına.

Görünmək istəməsənGözlərimə gizlərəm.Sözlə yox, ürəyiminOduyla əzizlərəm.Qıymaram o gözlərəYad baxışı toxuna.Ömürlük səadətim,Yaxına gəl, yaxına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets