Eh, əzizim, toy vurula,Sizə doğru axın ola.Fərəh desəm, yaradasan,Qəm istəsən, yoxun ola.

Yandırasan, yana adam,Köz dişləyəm, alov dadam.Sən yatasan, mən oyadam,Baldan şirin yuxun ola.

Gün yandırsa, quraq düşsə,Ayaz gəlsə, sazaq düşsə.Sevinc məndən uzaq düşsə,Barı, sənə yaxın ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets