Çəmən sağlığına badə qaldırır,Şehi şərab kimi içir çiçəklər.Könlünü şairə, rəssama verib,Özünə sevgili seçir çiçəklər.

İndi sovqat vaxtı, pay vədəsidi,Çəməndən-çəmənə hay vədəsidi.Ana təbiətin toy vədəsidi,Gəlinlik paltarı biçir çiçəklər.

Hər duyan könüldə bir insaf olar,Hava işıqlanar, su şəffaf olar,Bilir ki, şairin qəlbi saf olar,Bir-bir ürəyimə köçür çiçəklər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern