Hara qaçım dünyadan,Bu dünya dərdnən dolu.Dərdnən dolu dünyanın,İçi namərdnən dolu.

Kökünə bax ağacın,Gövdəsi qurdnan dolu.Millətin içinə bax,İçi manqurtnan dolu.

Dünya barıt çəlləyi,İçi silahnan dolu.Gözləri qəm, kədərlə,Könüllər ahnan dolu.

Mədə daşla, dəmirlə,Qarın tamahnan dolu.Üzür günah içində,Dünya günahnan dolu.

Nə vaxtsa bu dolularÇevrilməsə boşluğa,Bu dünya qurşanacaqƏn ağır sərxoşluğa!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets