Dünya öz işindədir
Kim söyülür söyülsün,Kim döyülür döyülsün.Kim kimi tərifləyir,Kim kimi hərifləyir,Dünya öz işindədir!
Taxtı yıxana baxmır,Taxta çıxana baxmır.Yerdə düşüb qalana,Yerdən qalxana baxmır,Dünya öz işindədir!
Qarı yağır, əriyir,Suyu axır, yeriyir.Kiriyəni ağlayır,Ağlayanı kiriyir,Dünya öz işindədir!
Yüz yaşa, bəsin deyil,Yüz səslə, səsin deyil.Hamı bu dünyanındır,Dünya heç kəsin deyil,Dünya öz işindədir!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dunya-oz-isindedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Səməd bəynən İsmeylin seyrinə vardım,Bu diyarı gəzə-gəzə əfəndim.
Getdi (Köçdü Xançobanım fani dünyadan)Köçdü Xançobanım fani dünyadan,Nərgizlər dağlarda bitməmiş getdi.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
NöycavanGəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,