İşıqlı duyğular axır qəlbimə,Yağır saçlarıma dən işıq kimi.Ruhumda o qədər ulduz var, Ay var,Görünür gözümə çən işıq kimi.Tanrı içərimdə qurub taxtını,Hopur varlığıma din işıq kimi.Tükümə toxuna bilməz qaranlıq,Gəzirəm dünyada mən işıq kimi.Təpədən dırnağa işığam, nuram,Allahla Peyğəmbər arasındakı,Nurlu söhbət kimi, danışıq kimi.

2002, 1 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love