“İncəgülü” çalındı,Bir səs gəldi incədən.Sanki, gülab süzüldü,Təzə açmış qönçədən.

Düşdüm yolun ağına,Dərəsinə, dağına.O səsin sorağına,Keçib getdim Gəncədən.

İncə dərəsində yaz,Aşıq Avdı, bir də saz.Ağlı olan ayrılmaz,Bu şirin düşüncədən.

2002, 24 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets