“Dünya mənim” deyən şair,sən dünyanın zərrəsisən.Özünü bir zərrədə tap,dünyayla işin olmasın.

Bu dəryalar dünya boydaağır gəmilər batırıb,Sən ondan bir damla götür,dəryayla işin olmasın.

Məcnunları tək-tək oluryandım, öldüm deyənlərin,Leylin yoxsa, kənar dayan,səhrayla işin olmasın.

Hər sevginin bir xatası,hər eşqin bir qovğası var.Canında bır qorxu varsa,qovğayla işin olmasın.

2002, 8 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love