Qoy ürəyim danışsın
Qarşıda bir yaşıl yaylaq,göydə Allah, yerdə mən,Dilim, burda sən danışma,qoy ürəyim danışsın.
Arıya bax, çiçəklərinecə basıb bağrına,Gülüm, burda sən danışma,qoy ürəyim danışsın.
Bu mənzərə Tanrı taxtı,şah təbiət, qul insan,Qulum, burda sən danışma,qoy ürəyim danışsın.
Kimlər keçir xəyalımdan,nələr keçir içimdən,Çölüm, burda sən danışma,qoy ürəyim danışsın.
Aşıq, kiri, söz, dillənmə,mizrab, dayan, pərdə, sus!Telim, burda sən danışma,qoy ürəyim danışsın.
Dəli sevdam, havalanma,yığ ağlını başına,Dəlim, burda sən danışma,qoy ürəyim danışsın.
Huşum uçar, ağlım çaşar,ruhum çıxar bədəndən,Ölüm, burda sən danışma,qoy ürəyim danışsın.2002, 8 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qoy-ureyim-danissin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Bu, Vərqa mahilə rəzm etdigidürKey mah nədür sənin xəyalın,Gəh naqisü gəh olan kəmalın?
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım