Gözəl təbiətə, gözəl dünyaya,İnsanın baxmağı nə səfalıdı.Bahar gecəsində zümzümə çalıb,Suların axmağı nə səfalıdı.

Qayanın ucası, dağın göyçəyi,Qalın meşələrin qara birçəyi,Yaşıl çəmənlərin gülü, çiçəyi,Qəlbinə taxmağı nə səfalıdı.

Quşlar oxuduğu nəğmənin səsi,Bahar günlərinin isti nəfəsi,Göyün gurlaması, göyün nərəsi,Şimşəyin çaxmağı nə səfalıdı.

1968, 3 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring