Son görüş, son ayrılıq
Aprelin 21-i,Respublika Sarayı,Hamının qürur yeri,hamının sevinc payı.Ali Hərbi Məktəbinotuz illik bayramı,Gur tonqala çevrilirhər qəlbin yanan şamı.
Al şəfəqli dan olurCəmşid Naxçıvanski,Otuz yeddinci ilinqətlinə tuş gəlsə də,Təzə anadan olurCəmşid Naxçıvanski.Bu gün onun adını,soyadını daşıyırAli Hərbi Məktəbinyeri, ünvanı, adı,Vətənə xidmət olubonun eşqi, ilhamı,hünəri, istedadı.Səsi burda gurlaşırbasılmaz igidlərin,Ruhu burda dolaşırölümsüz şəhidlərin.Qəlbi burda döyünürbu gün torpağın, daşın,İman-güman yeridiVətən hər vətəndaşın.Müəllimdən-həkimə,əsgərdən-generalaHər kəs basılmaz ordu,hər kəs alınmaz qala.Dağ kimi məğrur, uca,qaya kimi sal olub,Dünənki sıravilərbu gün general olub.Addımları sıx, ötkəm,cərgələri mətindir,Bu güc tək salonun yox,ulu bir millətindirlHünərvər oğullarınqılıncı girməz qına,Alqışlar dalğasındanaz qalır tavan sınalÇıxışlar, çıxışçılarBir mövzunun başınahərləndikcə hərlənir,Dayana bilmir insan,Qürur hissi keçirir,kövrəlir, qəhərlənir.Bu mövzunun canı bir,Adı bir, ünvanı bır,Bu məktəb Heydər adlıbir bağbanın barıdır,Sağ ürək, sağlam nəfəs,Qəlbə sığmayan həvəs,Ürəklərin sirdaşı,könüllərin yarıdır.Gücümüz, dirliyimiz,Ruhumuz, birliyimizbu məktəbin gücüdür,Dalğalanan ilhamın,daşan təbin gücüdür.Gücün varsa, sözün var,gücsüz sözün canı yox.Bir insanın qeyrətibir milləti qaldırır,təkcə bir insanı yoxlBurdadı bu məktəbindostu, arxası, yarı,Müəllimi, ustadı,başbiləni, memarı.Salonda alqış qopur,baxışlar gəlir cana,“Söz verilir” deyəndə“Ali Baş Komandanal”.O yenə kürsüdədir,yumruq yarır havanı,Silkələyir nəfəsidöşəməni, tavanı.Ali Hərbi Məktəbə“doğma övladım” deyir,Çatdığı uğurlara“qolum-qanadım” deyir.Boylanıb nəzər salırotuz illik bir yola,Tarixi günlər iləözü gəlir yanaşı,özü gəlir qol-qola.O danışır ürəkləqəhrəman bir oğuldanata danışan kimi,Bu çıxış da yazılırtarixin yaddaşınaşərəf kimi, şan kimilSarayın səhnəsindəbu çıxış son çıxışdı,Baxır zala, salona,Nə o bilir, nə də biz,bu baxış son baxışdı.O danışır ürəklə,Heyif, bilmir ki, ancaqbu gün min bir həvəsləsəsi qalxan saraydanÜstündən il keçməmişcənazəsi qalxacaqlQatil bir dalğa gəldisözün şirin yerində,Burulğan oldu birdənselin dərin yerində.Səksən ildə bir dəfəxəstələnmək bilməyən,Bir Allahdan özgəheç kəsə əyilməyən,Baxışları nur kişi,Qaməti məğrur kişiBirdən əlini qoyduürəyinin üstünə,Zalım, amansız ağrıqəfil durdu qəsdinə.“Bu nəydi məni vurdu?1” —bu söz çıxdı dilindən,Bu söz təkcə onu yox,bircə anın içindəbütün milləti vurdulTəzəcə ayaq açıbyeriməyə başlayankövrək dövləti vurdulHər gözdə, kirpikdə yaş,hər ürəkdə bir təlaş,Salon heyrət içində,hamı İlal, hamı çaşbaş.Qalxan qasırğadımı,qopan zəlzələdimi?Bir namərdin əliyləqurulan tələdimi?Ömür-gün bağçasındasərt əsən küləkdimi?Dağdan qaya qopardanən güclü tufandımı?Son ayrılıq adındaən dəhşətli andımı?“Bu nəydi məni vurdu?l” —Ürəyi vuran nədir?Dağı uçuran nədir?Nədir bu düşüncənin,nədir bu hissin adı?
Ömür-gün yollarındanə qədər tufan görüb,Heç zaman bükülməyibo qartalın qanadı!Apardılar səhnədən...o yenidən qayıtdılQayıtdı, daha gümrah,daha da şən qayıtdılİşıqlanan baxışlaral şəfəqli dan kimi,O qayıtdı kürsüyə,Naxçıvana, Bakıyatəkrar qayıdan kimilO qayıdış qətiyyətlBu qayıdış möcüzəlSarsılmağa qoymadınigaran ürəkləri,Xalqıyla, millətiyləYenə baxdı göz-gözə,yenə durdu üz-üzə.Əvvəlki çıxışınıharda saxlamışdısa,Nöqtəsi, vergülüyləordan başladı sözə.Tanış səsi yenə gur,görkəmi yenə məğrurlHər kəlməsi bir kitab,hər cümləsi bir əsər,Yenə fikrində məntiq,yenə sözündə kəsər.Elə bil heç olmayıbbayaqkı sarsıntılar,Yenə də nəfəsindəİlahinin gücü var.Sınmayan, qırılmayanşəxsiyyət nə deməkdir,Ən ağır imtahandaqətiyyət nə deməkdir,Sərt dalğalar önündənə deməkdir sal qaya,Nə deməkdir millətdən,torpaqdan gələn maya,O göstərdi zamana,o göstərdi dünyayalKürsüdən ayrılandahamıya əl eylədi,Ağrısını, dərdiniheç kəsə bildirmədi,Ağrıyan ürəyinixalqa məşəl elədilQoca tarixl Bu sözüyaddaşına yaxşı yaz,Dünyaya Heydər kimioğul verən analarÖz başını dik tutar,qan-yaş töküb ağlamaz!O gedirdi əl eləyə-eləyə,Bu, son görüş, son ayrılıq günüydü.Arxasınca alqış seli axırdı,Bu, son görüş, son ayrılıq günüydü.
Can təlaşda, könül hayda-harayda,Bir qorxu var hər saatda, hər ayda.Öz əliylə yaratdığı saraydaBu, son görüş, son ayrılıq günüydü.
Hökmü verən belə verib köhnədən,Arx yıxılar, su kəsilər dəhnədən.Ayrılırdı həyat adlı səhnədən,Bu, son görüş, son ayrılıq günüydü.
O, sipərdi, o, qalaydı, o — səngər,O, dənizdi, o, dalğaydı, o — ləngər,O — general, o — komandan, o — əsgər,Bu, son görüş, son ayrılıq günüydü.
Həyat eşqi qidasıydı Heydərin,Bizə qalan sədasıydı Heydərin,Bu dünyayla vidasıydı Heydərin,Bu, son görüş, son ayrılıq günüydü.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-son-gorus-son-ayriliq
Use ← → keys to move, R for a random poem
More by this author
Yüngül olsa öhdəsindən gələrdim,Dünya, dərdin çəkiləsi dərd deyil.
DeməmişəmGözüm görə-görə kor olammaram,Baxıb görməyənə göz deməmişəm.
MəniAna torpaq, dağa döndər eşqimi,Yaylaq eylə, yamac eylə sən məni.
UcalıqBəşər yaddaşına yazdı, yaşatdı,Dünyaya tək gəlib, tək gedənləri.
Poems by other poets
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
GərəkAşıq Feyruz:**Aşıq Feyruz söz veribdir bu mahaldan bac almağa,
Hamlet İsaxanlıriyaziyyatçı alim*Şekspir ovsundu şəksiz-şübhəsiz,
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.