Bu dünya necə gəldielə də keçib-gedər,Əbədi sirdaşımızağrı, həsrət, dərd, kədər.Bugünkü kədərimizucadır Heydər qədər,Başın sağ olsun, Vətənl

Cansağlığı verəmməzbaşsağlığı verənlər,Getməyən kimsə varmı,köçdü ərlər, ərənlər.Olub, yenə olacaqdoğru yol göstərənlər,Başın sağ olsun, Vətəni

Bu dərdin öhdəsindənkim bacarıb tək gələr,Başımızın altındadaşdandı mütəkkələr.

Kimləri yola saldıMədinələr, Məkkələr,Başın sağ olsun, Vətənl

Şah İsmayıl Xətaimigid oğlu, ər oğlu,O da Heydər oğludu,İlham da Heydər oğlu.Yenilməz bir ordudubu torpağın hər oğlu,Başın sağ olsun, Vətənl

Nə çox ürəyini üz,nə bağrını qan elə,Yasdan çıx, şad xəbərləgecəmizi dan elə.Qaytar Qarabağımı,dərdinə dərman elə,Başın sağ olsun, Vətənl

Tanrı səni heç zamannəzərindən salmasın,Ürəyin küskünləşibhəvəsin azalmasın.O kişinin işləriyarı yolda qalmasın,Başın sağ olsun, Vətənl

Artdı hörmətim, artdıhər millətə, hər dinə,Gör kimlər şərik oldukədərinə, dərdinə?Gərək bu bir dərs olamərdinə, namərdinə,Başın sağ olsun, VətənlZədəsiz bir ürəyin,sağlam bir canın olsun,Həmişə qılınc çəkənqeyrətin, qanın olsun,Qoy mənim qara başımsənin qurbanın olsun,Başın sağ olsun, Vətənl

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland