Görüm
Uzat ömrümüzü arzular qədər,Gözəlim, hüsnünü daim şən görüm.Nə geniş qəlbində bir damla kədər,Nə qara gözündə duman, çən görüm.
Qıymaram şüşətək ürəyin sına,Həyat çox görməsin yarı yarına.Etibar eylədim etibarına,Dəyişmə, hər zaman səni sən görüm.
Yaşat eşqimizi, yaşa yar kimi,Tez gəlib, tez getmə sən bahar kimi.Saçımız ağarsa bir gün qar kimi,Mən onda günahı bəs kimdə görüm.
1973, 25 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gorum-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Şehâ gîsûlarun ile be-gâyet ben perîşânamHayâliyile zülfünün hemîşe anber-efşânam
Bəlkə dəDeyirlər qızlar –Bəzən pula, sərvətə aldanır sevgidə.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,