Uşaq ağlım qanadlana, qayıda,Uçam, gedəm ulduzların yanına.Üfüqlərin qapısına əl atam,Açam, gedəm ulduzların yanına.

Göydə quram sarayımı, taxtımı,Göylər verə taleyimi, baxtımı.Ayla, günlə xoş keçirrəm vaxtımı,Köçəm, gedəm ulduzların yanına.

Dərd gətirdi uçurum yolu, dağ yolu,Yer üzündə heç görmədim sağ yolu.Yolum ola kəhkəşanın ağ yolu,Qaçam, gedəm ulduzların yanına.

2006, 5 avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets