Gözümü öyrətdim gülə-çiçəyə
Yoxuşlar yolumdu, yollar qismətim,Eniş də məndədi, yoxuş da məndə.Zirvə ucalığım, dağ yüksəkliyim,Şimşək də məndədi, yağış da məndə.
Gözümü öyrətdim gülə-çiçəyə,Üzümü öyrətdim çənə, çisəyə.Döndüm göy çəməndə ağ kəpənəyə,İlmə də məndədi, naxış da məndə.
Dolaşıq yollarda azar bir yolum,Haqqın dastanını yazar bir yolum.Beşik bir yolumdu, məzar bir yolum,Alqış da məndədi, qarğış da məndə.
2006, iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gozumu-oyretdim-gule-ciceye
Use ← → keys to move, R for a random poem
More by this author
Ey eşqin Allahı, yaxşı bax mənə,Məni bəndəliyə götürərmisən.
Sənin dodaqlarınBir əsim mehdən də üşüyənəm mən,İmkanın çatırsa üşütmə məni.
Özündən küsÖzündən küs, məndən niyə küsürsən,Nə dildəsən, nə ağızda, nə dişdə.
Kimsəsiz uşaq kimiSəndən uzaqlarda günüm gün deyil,Suya həsrət qalan dodaq kimiyəm.