Kimsəsiz uşaq kimi
Səndən uzaqlarda günüm gün deyil,Suya həsrət qalan dodaq kimiyəm.Günəş gündüzümü qızdıra bilmir,Gecələr qaranlıq otaq kimiyəm.
Doğma nəfəsinə ləliyəm, acam,Közün ortasında qovrulan sacam.Qürbətin şimşəyi vurmuş ağacam,Sınıb yerə düşən budaq kimiyəm.
Ey qoynu gülüstan, qucağı cənnət,Kimi qocaltmayıb dünyada həsrət.Vətən cəsarətdi, qürbət əsarət,Yad eldə kimsəsiz uşaq kimiyəm.
2011, 6 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-kimsesiz-usaq-kimi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir səs qulağıma “hardasan?” — dedi,“Ey səsin sahibi, burdayam”, — dedim.
TanrıdıSəni nə zamandı görmürəm deyən,Məni zərrə-zərə görən Tanrıdı.
Aşıq ədalət dəlidağlıyaKönül bazarında qızıl xırdala,Ləl apar, ləl apar, ay Dəlidağlı.
Qəbirdən gələn səsDünyada ən rahat yerqəbir evidir, ancaq
Poems by other poets · Separation
Yar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Ayağa məniDilbər, həsrətindən xəstə düşmüşəm,Hicran qoymaz duram ayağa məni.
Fəryad ki, əksimə dövr edir fələkFəryad ki, əksimə dövr edir fələk,Hicran çox, vüsalı o məhv edərək--
QəriblikMus: Oqtay Kazıminindir*Mən könüllü bu yerlərə yol aldım,