Budur xalq sevgisi, el məhəbbəti
Nəsillər dil açıb verir səs-səsə,Budur xalq sevgisi, el məhəbbəti.Min ildə bir dəfə doğulan kəsəBudur xalq sevgisi, el məhəbbəti.
Ölüm peşman olub, Əzrayıl çaşıb,Dəryalar qabarıb, dənizlər daşıb,Heyrətdən yer ilə göy qucaqlaşıb,Budur xalq sevgisi, el məhəbbəti.
Açılıb, qan verir ah damarımız,Elə bil kəsilib şah damarımız,Qurumur gözdəki şeh damarımız,Budur xalq sevgisi, el məhəbbəti.
Dərddən dağ əyilib yeddi qat qalıb,Dərddən bir ürəkdə yeddi çat qalıb,Bu boyda sevgiyə zaman mat qalıb,Budur xalq sevgisi, el məhəbbəti.
Gözümüz öyrəndi yaş havasına,Oynadıq ağrının baş havasına,Üşüyən olmadı qış havasına,Budur xalq sevgisi, el məhəbbəti.
Solan bir arzudur hər çatılan qaş,Bükülən bir dağdı hər əyilən baş,Yarat bu lövhəni, ay heykəltəraş,Budur xalq sevgisi, el məhəbbəti.
Yadda milyonların biri qalacaq,Ocağı qalacaq, piri qalacaq,Ölməzlər həmişə diri qalacaq,Budur xalq sevgisi, el məhəbbəti.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-budur-xalq-sevgisi-el-mehebbeti
Use ← → keys to move, R for a random poem
More by this author
Mənə can desən də, canım yox daha,Bir ruha, nəfəsə dönən çağımdı.
Bu axşamı sən gətirdinÖmrümüzün səhərləri, axşamları çox,Çiçək-çiçək ulduzları, ağ şamları çox.
Bu qız niyə havalanıb görəsənGörünməmiş bir sənətmi yaradıb,Bu qız niyə havalanıb görəsən?
“Sarıtel” oxuyan qaratel gözəlSən Günəş nurusan, qar işığısan,Yerdə yer, göydə göy yaraşığısan.