Gəlir məzarın üstə,Hər kəsdə bir cür arzu,hər kəsdə bir cür istək.Kimi çiçək gətirir,Kimi çiçəkdən zərifsəni sevən bir ürək.Gül çaydı, gül çeşmədi,selə dönüb axır hey,Gəlir ziyarətçilər,boylanır hey, baxır hey.Bu dalğa nə dalğadı,bu axın nə axındı,Burda insan Allahagör nə qədər yaxındı.Yerişlər asta-asta,söhbətlər qırıq-qırıq,Hər dodaqda ağrı var,hər boğazda hıçqırıq.

Yaylıqlar yanaqlarısilə-silə nəm olur,Dağ boyda dərd gələndəyurd boyda matəm olur.Qalxır-enir sinəsidağların çayı kimi,Haray varmı dünyadaruhun harayı kimi?

Sanki ölən oğludu,hönkürən anaya bax,Ananın gözlərindənaxıb gedən çaya bax,Göynəyən dodağına,titrəyən əlinə bax,Arı kimi sızlayanqıza bax, gəlinə bax.Oğlana bax, elə bilölən öz atasıdı,Millətə bax, xalqa bax,Bu yas, bəlkə, dünyanınən ağrılı yasıdı.Xalqın ürəyindəkiHeydər məhəbbətinəMəqbərəmi ucaldaq,yoxsa heykəlmi yapaq?Heydər boyda sevginimillətə vermək üçünDaşı harda axtaraq,qayanı hardan tapaq?

Qranit heykəl üçündağlarımı çapdıraq?Başı göylərə çatanməqbərəmi yapdıraq?

Ətri dünyanı tutanisti ürəkdən doğur,Sualların hamısısonsuz istəkdən doğur.Ən böyük abidəninölməz adı sevgidi,Ruhu, canı, ürəyi,qol-qanadı sevgidi.Kim onu qazandısaəbədidir, əbədi,Xalq ürəyi insanınƏn əziz türbəsidi,ən müqəddəs məbədi.Yaşadığı illəribir-bir salıb yadına,Xalq öz borcunu verirən böyük övladına.Çəksə də sinəsinəfələk dağı-düyünü,Göstərdi yer üzünəxalq öz böyüklüyünü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland