Bu şeiri mən yazmadım,gözümün yaşı yazdı,Qəlbimin qaynar qanı,bağrımın başı yazdı,Tarixin qədim kökü,elin yaddaşı yazdı,Onu ağı, bayatı,qoşma, dastan elədi.

Bu dərdi mən yazmadım,qurşandı fələk yazdı,Duma qatarındakıincə bir lələk yazdı,Sevgi, ilham donundaçırpınan mələk yazdı,Yazdığım hər misrayaməni heyran elədi.

Bu şeiri mən yazmadım,ellərin ahı yazdı,Bəd xəbərlə açılanyurdun sabahı yazdı,Yer oğluna dastanıgöyün Allahı yazdı,Məlhəm qoydu yarama,dərdə dərman elədi.

Zay olmadı zəhmətim,alnımda tər eşqinə,Ölümlə pəncələşdimatdığım zər eşqinə.Qəlbim, canım, varlığımdindi Heydər eşqinə,Fikrim dar cığırlarıgeniş meydan elədi.“Əldən vermə fürsəti,ömür azdı, az”, — dedi,“Gedən geri qayıtmaz,boşalan dolmaz”, — dedi.“Sevinci də, dərdi dəkişi kimi yaz”, — dedi,Məni bu ağır itkidərdə qurban elədi.Mən üzümü tuturaməsl xeyirxahlara,Mən üzümü tuturamişıqlı sabahlara,Tarixə imza atanbir dahinin eşqinə,O dahini yaradanİlahinin eşqinə,Ürəyimin qanıylayazdığım əsər budurlQılıncımın ağzınaən iti kəsər budurlOnu arxasızlaraən böyük arxa bildim,Şeirin misralarındanqurduğum səngər budurlBir dəvə karvanıyamboz qumlu səhralarda,Dərdimin zülmətindəişıqlı səhər budurlİlhamlı sabahlaraaparan zəfər budurl

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets