Ata HeydərlÜrəyimi sənə verdim,mənə odlu ürək verdin,Dövlət adlı bir bağçadanqayğı adlı çiçək verdin.Gur nəfəsim,Məğrur səsimgözlərindən yayınmadı,Varlığıma qiymət verdin,sözlərimə zinət verdin:“Məkkədən bir xoş xəbər var,Zəlimxanı tapınl” dedin,“Çin səddinə bir səfər var,Zəlimxanı tapınl” dedin.Öz əlinlə sən adımıbaşdan yazdın, başa yazdın,Bu yazmaqla bir şairin taleyiniVərəqə yox, sal qayaya,daşa yazdın.Daha kimsə ha əlləşir,adı daşdan poza bilmir,Bu sevgini, bu istəyibaşqa səmtə yoza bilmir.Səndən əvvəl neçələrigəldi-getdi,Neçələri diri-diriöldü getdi,Öz içində ürəyininqurdu getdi,Görən məni görməzliyəvurdu getdi.Üşüyəndə dərdim onuüşütmədi,Çağıranda gur səsimieşitmədi.Mən şairə məhəbbətisəndə gördüm,Məhəbbətə sədaqətisəndə gördüm.Əbəs deyil sənə beləvurulmağım,Əbəs deyil səndən ötrüçeşmə kimi durulmağım,Əbəs deyil şəlalətəkqayalardan tökülməyim,Əbəs deyil dəniz kimiqabarmağım, çəkilməyim.Bu dastanı yazan mənəm,yazdıran sən,Hər misranın, hər kəlməninodu üçünÜrəyimi ocaq kimiqızdıran sən.Bu gün sənin eşqin ilədil-dil ötən ozan mənəm,Bu gün sənin dastanınıparça-parça yazan mənəm.Bu dastanın“Ustadnamə” parçası var,Bu dastanın“Vücudnamə” parçası var,Bu dastanın“Qıfilbənd”i, “Müəmma”sı,Xeyri,şəri,toyu,yası,Bu dastanın“Divani”si, “Müxəmməs”i,Bu dastanınqulaqlarda qalan səsi,Bu dastanınney havası, saz havası,Bu dastandahər söhbətinÖz ahəngi,öz havası.Əllərimineçə dəfə sıxmısansa,Göz yaşımıbir o qədər sıxacağam.Bu dastanınnöqtəsini qoymaq üçünİmtahandankişi kimi çıxacağam.Mənim ömrümbir dastana çata bilər,Yazılmamış min dastanınqalır hələ.Bir gül dərdimsənin şöhrət gülzarından,Dərilməmiş gülüstanınqalır hələ.Əcəl bilsə, mən yazdığıməsər nədir,İnanıram, vallah,mənə yaxın gəlməz.Şeytan gələraralığı qatmaq üçün,Neyləsə də, günahmənə yaxın gəlməz.İlham coşub-çağlayandaDüz tanımır,meydan bilmir,Şair kimdir, kimdən yazır? —Allah bilir,şeytan bilmir.Bu dastanda Məcnun da var,qanı yerdə Leyli yazır,Bu dastanda Qərib də var,dərdini gileyli yazır.Bu dastanda keşiş də var,ortalıqda tikan əkir,Bu dastanda Lələ də var,Kərəmlərə keşik çəkir.Heydər atal Bu dastandaMəcnun mənəm,Qərib mənəm,Kərəm mənəm.

Bu dastanın toxumunusəpən sənsən,çiçəyini dərən mənəm.Yazacağam nə qədər kicanda ruh var,ruhda can var,

Bu dastanın hər sözündə,cümləsindəSəni sevən, səni duyanZəlimxan var.Həsrətini çəkəcəyəmillər boyu,Kövrək qəlbimoyum-oyumoyulacaq.Eşqin ilə yaratdığımbu dastanınSon nöqtəsimən öləndəqoyulacaq.

2003, dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets