Alovlar içində alışar ömrüm,Qəlbimi odlara yaxıb gedərəm.Dünya yanağında yaşı saxlamaz,Dönüb göz yaşına, axıb gedərəm.

Varlığı dəyişib yoxluğa, heçə,Kim istər həyatda başından keçə.Baxranam bağlanıb yüklənər köçə,Şələmi-şüləmi yığıb gedərəm.

Əkdiyin gülləri dərib gəlmişəm,Hər kimə borcum var, verib gəlmişəm.Həyat qapısından girib gəlmişəm,Ölüm qapısından çıxıb gedərəm.

1997, 27 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets