Mənim vəfalı sazbəndim,Dərdimdən halı sazbəndim,Dil açsın xalı, sazbəndim,Saz düzəlt bu tutdan mənə.

Kim çalıb dindirib sazı,Kim kökə mindirib sazı,Kim göydən endirib sazı,Xəbər ver Qorquddan mənə.

Yanan nəfəs istəyirəm,Coşan həvəs istəyirəm,Şirin bir səs istəyirəm,Nə fayda sükutdan mənə.

O mənim könlümün varı,Elimin meyvəsi, barı.Saz istərəm, durnalarıEndirsin buluddan mənə.

Tut ağacı tutum olsun,Taxtaları qutum olsun,Saz özü tabutum olsun,Pay umma tabutdan mənə.

Sazı şumla, ək, Muradım,Saza sığal çək, Muradım,Bu sazı, Kövrək Muradım,Baha sat yaqutdan mənə.

2002, 20 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets