Bilsəydim...
Bilsəydim qanımı qaraldacaqlar,Bilsəydim səbrimi daraldacaqlar,Min dəfə qəlbimdə su bulandırıb,Bir dəfə halımı duruldacaqlar,Heç enib gəlməzdim o ucalıqdan!
Qartalı sərçəyə döndərən də var,Zirvədən dərəyə endirən də var,Kişilər yurd salar, ocaq yandırar,Bilsəydim ocağı söndürən də var,Heç enib gəlməzdim o ucalıqdan!
Bazarın min adda nırxı varıymış,Hər nırxın bir cürə çarxı varıymış,Birsifət görmüşdüm mən adamları,Bilsəydim otuzu, qırxı varıymışHeç enib gəlməzdim o ucalıqdan!
Yalan boğaz olub doğa bilərmiş,Kül olub başlara yağa bilərmiş,Bilsəydim qeybətlər, dedi-qodularTutub adamları boğa bilərmiş,Heç enib gəlməzdim o ucalıqdan!
Ağlı kəsə-kəsə haqqı danan var,Bütöv ola-ola xırdalanan var,Bilsəydim papağı günə yandırıbElə boş-boşuna qurdalanan var,Heç enib gəlməzdim o ucalıqdan!
Dağlarda mərdliyin mülkü varıymış,Saflığın əzəli, ilki varıymış.Çöllərdə görmüşdüm, şəhər içində –Bilsəydim bu qədər tülkü varıymış,Heç enib gəlməzdim o ucalıqdan!
Əzdi, tapdaladı, əzildi insan,Əzilə-əzilə üzüldü insan.Ürək sındırmağa, könül qırmağaBilsəydim bu qədər rəzildi insan,Heç enib gəlməzdim o ucalıqdan!
Dağda daş olardım, zirvədə qaya,Qalxardım Günəşə, uçardım Aya.Bilsəydim bu qədər yerdə günah var,Göylərdən baxardım mən bu dünyaya,Heç enib gəlməzdim o ucalıqdan!
Bəlkə düz demədim... mən – sel axarı,Gəlmişəm, gedirəm üzü bahara.Gəlmişəm qəhr edim alçaqlıqları,Qaldırım yurdumu ucalıqlara!!!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bilseydim
Use ← → keys to move, R for a random poem
More by this author
Bir məclisdə qızlarımıza “Çin qızı, Çin gözəli” şeirini oxuyurdum.*Nəsibə adlı gözəl bir qız şeiri axıra qədər dinləmədən küsüb*
Qocatəpə camesindəQocatəpə camesi... namaz cümə namazı,Tanrı ibadətində qırx min adam var, azı.
Ağlı yoxduSaz dillənir, köz-köz olub yanıram,Gözü yoxdu bu sehrə göz yumanın.
Yaşıl tağ üstündə yaşıl yarpaq olYanıma gələndə yaşıl gey, gözəl,Qarşıma yamyaşıl çəmən kimi gəl.
Poems by other poets
Hicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
ƏzizŞükür, gördüm camalmı, yanağı gülşən, əziz.Zülfündən xəcalət çəkər sünbülü-reyhan, əziz.
GörümBülbül kimi bu gülşənə gəlmişəm,Lalə görüm, sünbül gorüm, gül görüm.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi