Qocaldım, qocalmaq istəməsəm də,Yanımdan yel keçsə zədələr məni.Fil dizi bükərdi qadir əllərim,İndi qarışqalar hədələr məni.

Səsim az qalardı dağları dələ,Meydan oxuyardı qüvvətim kələ.Nə qədər desəm də cavanam hələ,Günbəgün dəyişdi vədələr məni.

Həyat saçlarıma yağdıranda qar,Bilmədim əlimdən gedərmiş bahar.İndi yellər yıxar, sellər aparar,Çaylar qabağına sədd eylər məni.

1973, 28 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets