Ömür vəfa eyləsə
Qüvvət alıb Tanrıdan,Bir dəlisov köhlənin,Yalmanına yataram.Arzuların dalınca,Çapıb-çapıb çataram.Qanad ollam, səs ollam,Eldən gələn hər səsə,Ömür vəfa eyləsə!
Bu qadalı dünyanın,Qadasını alaram.Könül adlı sazımı,İstəyimcə çalaram.Enmərəm zildən pəsə,Ömür vəfa eyləsə!
Köhnə ildən nə qaldı,Təzə ilə keçəsi?Bu şirin dünyamızdan,Nakam getdi neçəsi.Zaman axıra qədər,Gün ağlamır bir kəsə.Könüllər güldürərdim,Ömür vəfa eyləsə!
Yol yarıya çatmamış,Atlını salır atdan.Tale ayırır bizi,Yaşamaqdan, həyatdan.Deyin heç insafdımı,Baş titrəyə, əl əsə,Neçə dərdin, azarın,Dərmanını tapardım,Ömür vəfa eyləsə!
Günahımı dərk edib,Səhvimi anlamışam.Eylədiyim səhvləri,Bir-bir yadıma salıb,Özümü danlamışam.Mətləb aydın, söz kəsə,Bircə ömrün içində,Minbir ömür yaşardım,Ömür vəfa eyləsə!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-omur-vefa-eylese
Use ← → keys to move, R for a random poem
More by this author
Ölümündən iki ay əvvəl ölümsüz ustadımız Aşıq Hüseyn*Saraçlı telli sazın təkrarolunmaz sahibi Aşıq Əmrah Gülməm -*
Ulu ozanAşıq Hüseyn Saraçlının*unudulmaz xatirəsinə*
Atalı, atasız günlərin şeirləri1Dünən od yağardı baxışlarından,
ÇəkərAşıq el oğludu, el anasıdı,Qəlbindən fərəhlə qəm şirə çəkər,
Poems by other poets
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
PerinbelSeyidlər ocağı – qədim türk eliEynidir Cənubla ləhcəsi, dili,
GörünərAy silkinib gedən yaşılbaş sona,Səndə tər cığalar, tellər görünər.