Hamının dadına çatan bir adamHeç kəsin yadına düşmürsə indi,Süfrəsi açılıb, çayı süzülüb,Xörəyi vaxtında bişmirsə indi,Fələk tənhalığa atırsa onu,Ancaq qapısını külək açırsa,Ağrılar, acılar növbəyə durubBaşına min cürə kələk açırsa,Oxuyun o kəsin “Fatihə”sini.

Günəşi dönürsə buz parçasına,Onunçün Gün doğub, dan atmırsa da,Ölümdən savayı, qəbirdən özgəHeç yerə, heç nəyə can atmırsa da,Əlini öpənlər əlindən bezibHörmətə əl yeri qoymadılarsa,Xoş üzlə, xoş sözlə könlünü alıb,Dinməyə dil yeri qoymadılarsa,Oxuyun o kəsin “Fatihə”sini.

Elə ki, soyuyur doğması, yadı,Yaxın bir adamı dadına çatmır,Orucu, namazı, xeyir-duası,Allahın kəlamı dadına çatmır,Oxuyun o kəsin “Fatihə”sini.

2009, iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets