Məhəmməd Füzuliyə
Ey Füzuli! Eşqin yenə məclisimə tam gətirib,Nur dolu bir badə süzüb, sevgi dolu cam gətirib.
Muradın şəmi yanmazmı, bu şamı yandırmaq üçün,Beş yüz ildən sonra gəlib, Tanrı özü şam gətirib.
Köhnə sözün, qədim sözün təzələrdən təzə qalıb,Ulu sözün əyyamına yeni bir əyyam gətirib.
Yer üzünün şairləri ətrin ilə gözəlləşib,Bir gülü Şəhriyar dərib, bir gülü Xəyyam gətirib.
Bu gün səni neçə-neçə sevən gəlib, duyan gəlib,Adına salavat çəkib, ruhuna salam gətirib.
Ziyarətə gedən kəslər geyər ehram paltarını,Bizi yenə ziyarətə söz adlı ehram gətirib.
Zəlimxan da eşqin ilə dönüb bu gün Məcnun olub,Dərgahına könül dolu hörmət, ehtiram gətirib.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-mehemmed-fuzuliye
Use ← → keys to move, R for a random poem
More by this author
Hamı işığını keçirib yatır,Yuxunu canına köçürüb yatır.
GələcəkOğul oğuldursa, uzaqda durmaz,Düşəndə yadına layla, gələcək.
İlk qafiyələrAnamın dediyinə görə, 5 yaşımda ilk dəfə dilimdən çıxan qafiyələrbunlar olub: “Evimizin dah arpa-arpa, atlar gəlir qarpa-qarpa”.
O, qeybətə düşmən idiNeçə ömrüm var ki mənim,Dedi-qoduya baş qoşam.