Cavid Əfəndi
Sağlığında bir-birinə həsrət qalan, payına zülüm, intizar, ayrılıqdüşən ATA – CAVİD, OĞUL – ƏRTOĞRUL BƏY, ANA –MÜŞKİNAZ XANIM 59 il, 3 ay, 10 gündən sonra Naxçıvantorpağında görüşdülər. Bu gün hər üçünün məzarı şairin doğulduğutorpaqda yan-yana durur, ruhları yanaşı uyuyur. Tale elə gətirdi ki,41 ildən sonra böyük Cavid Naxçıvana qayıtdı. Naxçıvan şəhərindəşairin doğulduğu evin yaxınlığında hər üç əzabkeşin şərəfinə məqbərəucaldıldı. Əzəməti və gözəlliyi ölməz Möminə Xatun türbəsinixatırladan bu tarixi abidənin açılış günü Azərbaycan xalqınıntarixində bənzərsiz və təkrarsız bir hadisə idi. Başdan-başa sevgiyə,sevincə tutulmuş yaşıl xiyabanda otun-suyun sanı var idi, insanın sayı-hesabı yox. Dəniz kimi dalğalanan izdiham ulu Cavidə öz sevgisinibildirmək üçün şahə qalxmışdı. Oktyabr ayının kəskin soyuğu vəküləyi heç kəsi üşütmürdü. Çünki könüllərdə Cavid şeirinin odu-alovudil-dil olub yerə-göyə işıq saçır, istilik, hərarət verirdi. Ölkəninmöhtərəm prezidenti Heydər Əliyev çıxış edirdi. Sevinc və kədər qarışıqbir ovqatla danışırdı. İrandan və Türkiyədən gələn qonaqlar, çıxışçılarbir-birini əvəz edirdi. Şairin qızı – gözü odlar-alovlar görmüş TURANXANIMIN çıxışı ömrüm boyu yadımdan çıxmayacaq. O, çıxış dey-ildi, korun-korun yanan ocaq idi, özü də yanır, tüstülənir, xalqı dayandırırdı. Tanrı fürsət verdi, mən də “Cavid Əfəndi” şeirimlə öz səsimiizdihamın səsinə qoşdum. Cavid Əfəndi də, Müşkinaz xanım da,Ərtoğrul bəy də o gün bizi eşidirdi. Ruhları şad olmuşdu. Bu şeir həmingünlərin yadigarıdı, əziz oxucular!
Bu nə şadlıq, bu nə bayram, bu nə görüş, bu nə həsrət,Görüşümüz uzun çəkdi, gec oldu, Cavid Əfəndi!Dillər yandı, tellər susdu, güllər soldu, bellər sındı,Ayrılığın bu millətə güc oldu, Cavid Əfəndi!
Nə təhqirdən, nə zəncirdən, nə kəndirdən aman yoxdur,Allahsızda Allah yoxdu, inamsızda iman yoxdu.Kim getdisə, dedilər ki, qayıtmağa güman yoxdu,Gör nə qədər günah oldu, suç oldu, Cavid Əfəndi!
Qələm qırdı, barmaq kəsdi, bilək sıxdı, qol bağladı,Haqq deyənin qarşısında qəhər çəkdi, yol bağladı.
Qan üstündə bir taxt qurdu, zülmə, zora bel bağladı,Səni yıxan imperiya heç oldu, Cavid Əfəndi!
Sənət üçün qorxu deyil buz baxışlar, buz nəfəslər,Sənət üçün qorxu deyil qanlı əllər, dar qəfəslər.Hardan bilsin, nədən bilsin ağlı topal olan kəslər,“Topal Teymur” səhnəmizdə tac oldu, Cavid Əfəndi!
Yandı ürək, coşdu könül, düşündü baş, yaratdı əl,Qalx məzardan, Cavid adlı heykəllərin seyrinə gəl.Nurun Günəş, qəlbin atəş, gözün ocaq, sözün məşəl,Bostanına yağan daşlar necoldu, Cavid Əfəndi!
İnam səndə, şərəf səndə, dözüm səndə, səbir səndə,Sən qürbətdə, sən Sibirdə, qürbət səndə, Sibir səndə.Qırx illik bir yoldan gəldi, quşa döndü qəbir səndə,Maqadandan Naxçıvana köç oldu, Cavid Əfəndi!
Nə yandıran, nə dağıdan, nə də ki, uçuran qaldı,Yaddaşlarda yaşa döndü, yazan aldı, quran qaldı.Bir nəsildən sağ-salamat ancaq bircə Turan1qaldı,Neçə-neçə xoş arzular puç oldu, Cavid Əfəndi!
Qarşıda qarlı aşırım, arxada uçurum, dərə,Tutdu böhtan yağışına, atdı oda, satdı şərə.“İblis”ə min lənət deyib, üz tutsan da peyğəmbərə,Fələk sənlə zaman-zaman öc oldu, Cavid Əfəndi!
Ulu qüdrət olan yerdə yoxdu yeri dərd-azarın,İşığına yığışmışıq bir türbədə üç məzarın.Sən Allahın dostusanmış, son nəfəsin, son güzarın,Vətən adlı Məkkə oldu, Hac oldu, Cavid Əfəndi!
Çaxnaşmalar caynağında neçə qış getdi, yaz gəldi,İliyini şaxta vurdu, sümüyünə ayaz gəldi.Ərtoğrulun harayına Cavidlə Müşkinaz gəldi,Bu yerdə bir məzar vardı, üç oldu, Cavid Əfəndi!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-cavid-efendi
Use ← → keys to move, R for a random poem
More by this author
Goranboydan gəlirəm, yuxulu, səksəkəli,Yatammıram, yuxumu səngər ərşə çəkəli.
Tabut kimiÇiynimizdə nə qədər şəhidlər yola saldıq,Heç vaxtımız qalmadı toylara, düyünlərə.
Axmayın, göz yaşlarıDuzlu sular od vurub yanaqları yandırar,Dərddən, qəmdən, kədərdən süzülüb axarsınız.
Kəlbəcərdən gələn qarıƏrişindən, arğacından,Sürüsündən, arxacından,
Poems by other poets · Homeland
Yaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
ز چشم من چو تو ناظر به حسن خویشتننیچرا نقاب ز رخسار خود نمیفکنی
QaldıSitəmlə ayrıldım ana vətəndən,Yarımın bağbansız bağları qaldı.