Borçalının bir tərəfi Axıska
Qoca bir Axıska türkünün ayağa durmasıyla ağzınıbayatıyla açması bir oldu:
Axıska gül idi, getdi,Bir əhli dilidi, getdi.Söyləyin sultan Mahmuda,İstanbul kilidi getdi.
Yüz səksən il bundan əvvəl yaşamış Axıska şairiGüləli babanın bu şeirini oxuyandan sonra, elə o za -mandan, o tarixi dönəmlərdən Axıska türklərinin başınagələn oyun lardan, əldən-ələ keçməyindən, pərən-pərəndüş məyindən, sürgünlərdə çürüməyindən yana-yanadanışdı.Son 70 ildə üç dəfə sürgün həyatı yaşayan, 1944-cüildə rəhbərliyin qəzəbinə tuş gələn, 13 ölkəyə səpələnən,niyə sürgün olunduqları 50 il gizli qalan, Beriyanıntəklifi, Stalinin əmrilə bir gecənin içində yerindən-yurdundan oynayan, 250 il Osmanlı dövlətinin sərhədşəhəri kimi yaşayan, Rusiya-Türkiyə savaşlarında dəfə -lərlə əldən-ələ keçən, sərhəd zolağında yerləşdiyi üçünbaşına bəlalar açılan, bugünkü Gürcüstana – öz doğmaVətəninə can atan, ancaq qayıtmağı müşkülə dönən,bütün zülümlərə, faciələrə baxmayaraq hər yerdə Türkadını, Türk dilini şərəflə qoruyub saxlayan soydaşlarınındözülməz taleyindən söhbət açdı bu Axıska türkü.Qan qardaşımın bu ağrılı söhbəti yaralarımın qay -sağını qopartdı. Borçalının çəkdiyi bəlaları daha ağırşəkildə çəkən Axıska, Aspinza, Axırkələk, Abastuman,Adıgün türklərinin taleyini gözümün qabağına gətirdim.Qorqud Dədəm, ozan babam demiş, əcəl alan, yer giz -ləyən Alp ərənlərin dərdini sazımla, sözümlə dilə gətir -dim, boy boyladım, soy soyladım:
Borçalının bir tərəfi Axıska,Türklüyümün şan-şərəfi Axıska.Kimlər səni bu qatardan ayırdı,Kimlər pozdu gör bu səfi, Axıska.
Borçalının qan qardaşı, Axıska,Könül dostu, can sirdaşı, Axıska.Göy çəmənlər yaylıq olsa qurutmazGözlərindən axan yaşı, Axıska.
Borçalının bir qanadı, Axıska,Qaya səbri, daş inadı, Axıska.Tək qanadla necə uçsun Borçalı,Zəhər olub tamı, dadı, Axıska.
Bir dağ idin, təpələndin, Axıska,Dalğa idin, ləpələndin, Axıska.Sal qayatək dayanmışdın yerində,Tikə-tikə qəlpələndin, Axıska.
Axşam yatdın, gecə getdin, Axıska,Cavan gəldin, qoca getdin, Axıska.Yermi yedi, göymü uddu, bilmədin,Bir gecədə necə getdin, Axıska.
Yardan oldun, dostdan oldun, Axıska,Uralanmış bostan oldun, Axıska.Dərdin yerə, ahın göyə sığmadı,Qürbət adlı dastan oldun, Axıska.
Arif olan işarədən him anlar,Mizrab nədi, pərdə duyar, sim anlar.Kədərini öz kədərim bilmişəm,Məndən başqa səni özgə kim anlar.
Balıq oldun, qaldın torun əlində,Gücsüz oldun gücün, zorun əlində.Zaman səni oyuncağa çevirdi,Bir bığlının, gorbagorun əlində.
Düşmənini zalım görüb, sərt görüb,Soydaşını qəmgin görüb, pərt görüb,Hansı ölkə sənin kimi talanıb,Hansı millət sənin kimi dərd görüb?!
Çiçək-çiçək körpələrin soldumu?Gözəllərin saçlarını yoldumu?Köçürənlər “köçürsünüz” deyəndə,Mərd analar bulud kimi doldumu?
Biçilmədi yaşıl-yaşıl otların,Minilmədi bədöy-bədöy atların.Mərə kafir kəsin dedi kökünü,Əsli-kökü dürüst olan zatların.
Qışın dərdi yaza gəldi, Axıska,Kimdən sənə cəza gəldi, Axıska.Bu zülümdən xəbəri yox Allahın,Qul başına qəza gəldi, Axıska.
İncidildi qəlbi, ruhu ipəklər,Çıxarıldı gördüm deyən bəbəklər.Bu gün yenə dartındıqca dartınır,Üstünüzə diş qıcayan köpəklər.
Can üşüyüb buzda, qarda qalarmış,Göz nisgildə, könül darda qalarmış.Yağı düşmən təntidəndə insanı,İt zəncirdə, at çidarda qalarmış.
Yağı bilməz xəstə nədi, sağ nədi,Solan ömür, kökdən qopan tağ nədir.Biz dağları təbiətdə görmüşük,Sinələrdə bu çal-çarpaz dağ nədir.
Hər dinəndə danışma, sus, dedilər,Yediyini qan kimi qus, dedilər.Sürgün üçün bəhanələr tapıldı,Sənə “xain”, sənə “casus” dedilər.
Əcəl hər gün fərmanında, işində,Qalan türkdü güllələrin tuşunda.Axıskanın türküləri, türkləriÇox çeynəndi canavarın dişində.
Ruhumda ruh, canımda can olmusan,Şah damarda çağlayan qan olmusan.Səni sonra Gürcüstana qatıblar,Sən bir zaman Azərbaycan olmusan.
Savaşlarda ər və ərən millətim,Sınaqlara sinə gərən millətim,Böyük düşmən Allahlığa can atdı,Saldı səni pərən-pərən, millətim.
Sürülərin yad əllərdə sağıldı,Var-dövlətin karvan-karvan dağıldı.Dünən olan paşalığın, xanlığınBu gün atrıq əfsanədi, nağıldı.
İmtahana zaman çəkdi səbrini,Gözün gördü cəhənnəmin cəbrini.Kürəyin yox, külüngün yox, belin yox,Yad ellərdə kimlər qazdı qəbrini?
Qulaq deşən ahın-ünün başladı,Qara bəxtin, qara günün başladı.Sənə kimin gözü dəydi bilmirəm,Ağır köçün, sərt sürgünün başladı.
Tanrının gücü kimiyer üzünə enənsən,Sən ki eradan əvvəlİsgəndəri yenənsən.
Ən sərt tufanı beləköhlən kimi minənsən,Qoy səni qorxutmasınnə şaxta, nə də bürkü,Hayqır, Axıska türkü!
Həsrətlərin yükünü silkələ,çiynindən at,Qürbətin cənnətindənVətən yaxşıdı qat-qat.Uç arzular dalınca,sürünmək sevmir həyat,Qoy dilindən düşməsinnə şərqi, nə də türkü,Hayqır, Axıska türkü!
Vətəni dərdlərinə dərman elə,həb elə,Azadlığı özünə ən böyükmətləb elə.Tapdalanmış haqqını Allahdantələb elə,Vətən yoxsa heç nədirdünyanın malı-mülkü,Hayqır, Axıska türkü!
Harda idin bir zaman,gör bir indi hardasan,Əlacını özün tap,çətindəsən, dardasan.Üç yüz ildən çoxdu ki,ağır sınaqlardasan,Basılmaz insanlaranə qorxu var, nə hürkü,Hayqır, Axıska türkü!
Qəribliyə nöqtə qoy,qürbət yaraşmır sənə,Görüşlərə hazırlaş,həsrət yaraşmır sənə.Qayıt peyğəmbər kimi,hicrət yaraşmır sənə,Böyük mübarizəninnə sonu var, nə ilki,Hayqır, Axıska türkü!!!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-borcalinin-bir-terefi-axiska
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
DanışmaSoruşmamış bir aşığın halınıDilin açıb həcv, hədyan danışma!
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı