Cavad heyət körpüsü
Martın 18-də Ankaranın Qazi Universitetində mənim yaradıcılıqgecəm keçirilirdi. Böyük ziyalımız Cavad Heyət bu xəbəri eşidiböz ömür-gün yoldaşıyla məclisimizə təşrif gətirmişdi.Hörmətli ağsaqqalımızın burada olması ürəyimi dağa döndərdi.Haqqımda gözəl çıxış elədi, ürək sözlərini söylədi.Bu mənzərənin əks-sədası aşağıdakı sətirlərim oldu.
Bir körpü var o tay, bu tay arasında,Ağrı-əzab, görüş-həsrət körpüsüdür.Nə uçandı, nə sökülən, nə dağılan,Həmi heyrət, həmi qeyrət körpüsüdür.
Bakı-Təbriz cüt qanadı, sağı-solu,Son hədəfi Altay ilə Anadolu.Haqqın ruhu, Haqqın səsi, Haqqın yolu,Halal sevgi, haqq-ədalət körpüsüdür.
Yoxa çıxdı lallığımız, karlığımız,Varlığıyla dilə gəldi varlığımız.Nəfəsiylə genişləndi darlığımız,Zəfər günü bir səltənət körpüsüdür.
Saçlarından dırnağına Türk oğlu Türk,Arzuları Göyçə, Dərbənd, Mosul, Kərkük.Çiynindəki bir daşınmaz dağ boyda yük,İlqar, iman, dözüm, zəhmət körpüsüdür.
Həsrət adlı buzdan-qardan keçib gedir,Min sınaqdan, min bir dardan keçib gedir.Şəhriyardan, Bəxtiyardan keçib gedir,Elmi-ürfan, şeir-sənət körpüsüdür.
Ruhumuzun sazı, neyi, udu keçdi,Göz yaşları daşlarımı yudu keçdi.O körpüdən Şahmar keçdi, Xudu keçdi,Həmi zəhmət, həm mərhəmət körpüsüdür.
Duyğuları naxışlıdı, cilalıdı,Var olmağı yerin-göyün cəlalıdı.El sevgisi nə qazanıb, halalıdı,Yaratdığı ulu millət körpüsüdür.
Yaralara məlhəm qoyan cərrahımız,Döyüş günü səngərimiz, silahımız.Onu bizə çox görməsin Allahımız,Tarix üçün qədir-qiymət körpüsüdür,Uca duyğu, saf məhəbbət körpüsüdür.Ey oxucum, nə dağa düş, nə arana,Bax, bu körpü Cavad Heyət körpüsüdür.
2005, 3 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-cavad-heyet-korpusu
Use ← → keys to move, R for a random poem
More by this author
Xalqım, səni dəniz gördüm – dalğalandın, ləpələndin,İşıq olub zərrə-zərrə hər ocağa səpələndin.
Füzuli – SabirGözəlliyə, gözələ könlünü bağlayandaFüzuli “Heyrət” dedi.
Mənim dərdimDemə sənin nə dərdin var,Dərdli dilim – mənim dərdim.
YaşamışamMənə gənc şair demə, çoxdan ötüb gəncliyim,Heç olmayıb həyatda rahatlığım, dincliyim.
Poems by other poets · Divine love
Roma papasınaEy qəlbi Tanrısının eşqiylə çarpan papas,
Qəzəl: Xudaya, mən düşən dərdə sən əğyarı giriftar etXudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Qəsdin budu gər xatiri-biçarə dağılsınQəsdin budu gər xatiri-biçarə dağılsın,Bir şanə çək ol türreyi-tərrarə dağılsın.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.