Darıxmaq nə şirin şey imiş, Allah!
Bu qədər darıxmaq nə imiş, Allah,Darıxmaq nə şirin şey imiş, Allah.Qəfildən burnumun ucu göynədi,Nəvələr mənimçün nəvə deyilmiş,Qəlbimdə sızlayan ney imiş, Allah!
Darıxmaq nə şirin şey imiş, Allah,Səni darıxdıran nəvələr ola.Əlin yetişməyə, ünün çatmaya,Nə bir soraq çıxa, nə xəbər ola.
Onlar da mənimçün darıxır indi,Məni səsləyirlər, soraqlayırlar.Bir-bir kitablarda şəklimə baxıbŞeir dəftərimi varaqlayırlar.
Yəqin ki, ucalıb indi boyları,Hərəsi uzanıb bir darı boyda.Məni görən kimi hoppanacaqlar,Bizim evimizin hasarı boyda.
Uzun ayrılıqlar könül qırmasın,Sonluq gözəl olsun hər səfər üçün.Allah heç bir kəsi darıxdırmasın,Darıxan darıxsın nəvələr üçün.
Yalta, 2010, 24 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-darixmaq-ne-sirin-sey-imis-allah
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Könlüm elə pünhandır, keysulər arasındaKönlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
BirəSizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,