Bir az məhəbbətdən danışaq
Bir az məhəbbətdəndanışaq gəlin,Sevgidən, həsrətdəndanışaq gəlin.Əyləşək diz-dizə,nəfəs-nəfəsə,Verək könlümüzühəzin bir səsə.Xəyala gətirəkucalıqları,Salaq yadımızazirvə qarını.Salaq yadımızabizə göz vuran,Yanan qızılgülünyanaqlarını.Salaq yadımızasaf bulaqları,Bir az təzələnibdurulmaq üçün.Yenidən boylanaqköhnəliklərə,Dünyaya təzədənvurulmaq üçün.İlahi nemətdəndanışaq gəlin.Bir az məhəbbətdəndanışaq gəlin.
Əkək tarlasınıyaxşılıqların,Sevgi sünbül olsun,sevgi dən olsun.Nifrətdən aralı,qeybətdən uzaq,Sözbaşı fikrimizsevgidən olsun.Kim kimi aldatdı,kim kimi yıxdı,Kim kimi sürüdü,sonuna çıxdı,Taxtdan kim gedəcək,taxta kim gəlir,Kim məhkum olacaq,kim hakim gəlir.Kim öndə dayanır,kimi arxada,Kim kimi məhv edibverəcək bada.Nə ki siyasətdəndanışdıq, yetər,Siyasi qeybətdəndanışdıq, yetər.
Ataq başımızdanbu sualları,Hamının dünyası,hamının yarıƏbədi qismətdəndanışaq gəlin,Bir az məhəbbətdəndanışaq gəlin.
Əridək Füzuliqəzəllərini,Süzək ruhumuzaşirin bal kimi.
Nəsimi zirvəsiqaldırsın bizi,Uçaq səmalardabir qartal kimi.Şeyx oğlu Şahımızgəlsin məclisə,O desin, biz duyaqəhli-hal kimi.Şirin söhbətimiz,şirin sözümüz,Bir vəfa gətirsinvəfasızlara.“Görmədim” desə də,çox şeyi görən,Vaqifin gözüyləbaxaq qızlara.
Millətdən, qeyrətdəndəm vurmaq yetər,Sabir kifayətdigötürə bilsək.Dəyər yaşamağa,dəyər yazmağa,Dədə Ələsgəri,ata Vurğunu,Bu ruh məclisinəgətirə bilsək.Hər kəs öz səmtini,yolunu tapsın,Çay dənizə axsın,söz ürəklərə,İsti yuvalardanaralanmışıq,Yenidən qayıdaqbiz ürəklərə.
Şeirdən, sənətdəndanışaq gəlin.Bir az məhəbbətdəndanışaq gəlin.
Sevgi vəfalıdı,ömür vəfasız,Sanki, bir atımlıqbarıtdı ömür.Göz açıb-yumuncaqurtarır ömür,Kimi axıracanyarıtdı ömür?Allah nə veribsə,alacaq geri.Verdiyi nə varsa,əmanət verir.Yüzdən o tərəfəzəmanəti yox,Birlə yüz arasızəmanət verir.Arzunu, ümidi,eşqi, niyyəti,Oğulsan, bu vaxtasığışdır indi.Kərəmi bu yerdəağlamaq tutur,Oğulsan, ağlayanXan KərəmlərinGözünün yaşınıyığışdır indi.Acizdən acizikvaxtın əlində,Bizim əlimizdənə var ki, qardaş,Nə varsa taleyin,vaxtın əlində.
Bizim bəxtimizə,qismətimizə,Ayrılan möhlətdəndanışaq gəlin.Bir az məhəbbətdəndanışaq gəlin.
Hərə baş götürübqaçır bir yana,Kim dağdan qayıdır,kim dağa çıxır.Bəxtəvər başınaböyük şairin,Deyirlər Füzuliyaylağa çıxır.Hərənin ruhundabir qəmli nəğmə,Canımız yaralı,qanımız qara.Canda Kür hönkürür,Araz ağlayır.Yəhəri qırılan,ayağı sınan,Vaxtın köhlənidi,vaxtın atıdı.Bahar buludundabol olar yağış,Hər kəs bulud kimibir bayatıdı.Ömür yollarındasəhralar geniş,Karvanımız ağlar,köçümüz ağlar.Dəsmal əlimizdə,yaş gözümüzdə,Elə ömrü boyuiçimiz ağlar.
Allah bağışlasıngünahımızı,Günahımız ağlar,suçumuz ağlar.Ağlamaq ki vardı,mərhəmətdəndi,Bax, bu mərhəmətdəndanışaq gəlin.
Çıxaq nağıllardan,əfsanələrdən,Canlı həqiqətdəndanışaq gəlin.Axarı-baxarıdünyaya sığmaz,Zəngin təbiətdəndanışaq gəlin.Alaq yolçulardanyol halallığı,Alaq arılardanbal halallığı.Sevgi özümüzəqaytarsın bizi,Nurlu gözümüzəqaytarsın bizi,Gözələ heyrətdəndanışaq gəlin.Bir az təzələnəkköhnə dünyada,Bir az məhəbbətdəndanışaq gəlin!!!
2002, 16 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bir-az-mehebbetden-danisaq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
O göylərin altındaO göylərin altında səni tərk edən zaman,Tələsik addımlarla mən çıxanda otaqdan,
Ölümün ləzzətli vaxtıXeyri yox, ha küs, ha inci,daha səni adam saymır
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı