Çoxları bac aldı eldən, mahaldan,Heç kimə qalmadı bacı dünyanın.Gör nələr bişirib isti təndiri,Gör nələr qovurub sacı dünyanın.

Sazında ağrılı havalar çalır,Köhləni yorulur, yollarda qalır.Varlığı adamın gözündən salırGünləri keçəndə acı dünyanın.

Zəlimxan, nahaqdan min qan olsa da,Hələ də qoynunda zindan olsa da,Həyatda ən alçaq insan olsa da,İnsandı hər zaman tacı dünyanın.

1972, 14 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets