Gətirərsən
Sən dağa gedirsən, mən arandayam,O dağdan arana sel gətirərsən.Bir gözəl saçından üç tel ayırıb,Sazın zil səsinə tel gətirərsən.
Duyub ürəyinlə, baxıb gözünləMənim ruhumu da gəzdir özünlə.Uzadıb ömrümü şirin sözünləİllərin üstünə il gətirərsən.
Xoşdu Zəlimxana dumanı, çəni,Dağların nəfəsi yaşadar məni.Mənim dodağımla öpüb çəməni,Gələndə bir dəstə gül gətirərsən.
1972, 17 oktyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-getirersen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yar
Kəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Bayram şəhəriYarpaqları qızarmışAğacların budağı
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,