Dünyanın yaşı
Nə bağça təzədi, nə bar təzədi,Nə çiçək təzədi, nə qar təzədi,Nə könül ovlayan bahar təzədi,Qədimdi, dünyanın yaşı qədimdi.
Nə qədər köz üstə yananlar olub,Nə qədər buz üstə donanlar olub,Nə qədər başdaşı yonanlar olub,Qədimdi, dünyanın yaşı qədimdi.
Nə qədər qan düşüb, nə qədər dava,Nə torpaq sirr açır, nə su, nə hava.Dünənin işidi Adəmlə Həvva,Qədimdi, dünyanın yaşı qədimdi.
Gəmini daşqında Nuha veribdi,Qanadı xəyala, ruha veribdi,Bəşərə nə qədər düha veribdi,Qədimdi, dünyanın yaşı qədimdi.
Yeyilib dənindən ununa qədər,Geyilib ipəkdən yununa qədər.Baxılıb əvvəldən sonuna qədər,Qədimdi, dünyanın yaşı qədimdi!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dunyanin-yasi
Use ← → keys to move, R for a random poem
More by this author
Ay oğul, evə gələndə bir imkan tap, bizlə də söhbət elə. İçəri*girən kimi çəkilirsən otağına. Bu qədər yazmaqdan, oxumaqdan,*
UmacağımGecə keçir gecədən, gözlərimi yumuram,Yuxu adlı dəryanın ağuşuna cumuram.
GəlmişəmAlıb çiyinlərimə ömür adlı bir yükü,Qışdan yaza çıxmışam, yazdan yaya gəlmişəm.
Mənim ömrümMənim ömrüm bir nəğmədi, oxunur,Mənim ömrüm bir xalıdı toxunur.