El gözünə qurbanam,Tərəzidir, tərəzi.Heç kəs ilə heç zamanYoxdu qəsdi, qərəzi.

O gözlərdə əks olub,Sevgisi də, kini də.Ədalətdir, ədalət,Tanrısı da, dini də.

Uca dağı el görər,Nə olsun çoxu görməz.El gözündən düşənin,Gözləri yuxu görməz.

İstəsən ki, həyatdaHəyat boyu qalasan,Gərək elin, VətəninGözündə ucalasan!

1975, 21 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland