Ən böyük qəhrəmanlıq
Qanqalların içində çiçək ömrü yaşamaq,İblislərin içində mələk ömrü yaşamaq,Ən böyük qəhrəmanlıq!
Hiylədən uzaq olmaq məkrin odu içində,Dili təmiz saxlamaq dedi-qodu içində,Ən böyük qəhrəmanlıq!
Qarasında batmamaq qəlbi, ruhu hislərin,Toruna ilişməmək tamahdan hərislərin,Ən böyük qəhrəmanlıq!
Başsızların içində salamat baş saxlamaq,Huşsuzların içində iti yaddaş saxlamaq,Çiyində dağ gəzdirib, ürəkdə daş saxlamaq,Ən böyük qəhrəmanlıq!
Qarnına nökərlərin, mədəsinə qulların,Var-dövlətin içində mənəvi yoxsulların,Qara qəpiyə dönmüş dəbdən düşən pulların,zamanında yaşamaq,Göz tökən xəbislərin dumanında yaşamaq,Ən böyük qəhrəmanlıq!
Nə qədər əlləşirsə, çəkilmir bu dumanlıq,Eh, birdimi, beşdimi insan tutan yamanlıq.Yamanlığın içində yaxşılığı bacarmaq,Ən böyük qəhrəmanlıq!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-en-boyuk-qehremanliq
Use ← → keys to move, R for a random poem
More by this author
Kim gedəndə məzarımın üstünə,Nə gül dərsin, nə çiçəklər aparsın.
GəlmisənQardaş, söylə görüm İranda nə var,Eşitdim o yerdən təzə gəlmisən.
Çalma “Müxəmməs”i, tezdi, ay aşıqEy külək, dağıdıbsalma didərgin,
Dostun olmaq üçün gəldim dünyayaEy Haqqın varlığı, məni sən qoru,Mən səni qəlbimtək duyanlardanam.